26 İyun 2025, 14:22
FUTBOL
"Mançester Siti" futbolçusu Cuma Banı yenidən icarəyə verib.
Matc.az xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi "Nitsa"ya keçib. Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Sierra Leone milli komandasının üzvü 2025/2026 mövsümünü Liqa 1 təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, Cuma Ba ötən mövsüm icarə əsasında "Lans"ın formasını geyinib.