UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, Saloniki təmsilçisi "Levadiakos"dan ayrılan Giannis Gianniotası rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı vingerlə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki,  "Araz-Naxçıvan" "Aris"lə ilk matçı iyulun 24-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Yunanıstanda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest