Azərbaycanlı futbolçu Vüsal İsgəndərli yeni klubu olan "Partizani"də debüt edib.

Matc.az xəbər verir ki, 29 yaşlı vinger Albaniya təmsilçisinin Şimali Makedoniyadakı təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyununda meydana çıxıb.

Vüsal "Rabotniçki" ilə görüşə start heyətində başlayıb. O, fasilədə əvəzlənib.

Qarşılaşma "Partizani"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest