"Neftçi"nin sabiq futbolçusu Kilan Lebon karyerasını Cənubi Koreyada davam etdirəcək.

Matc.az xəbər verir ki, 27 yaşlı vinger "Çonnam Draqons"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla 2 illik müqavilə imzalanıb. Sen-Marten millisinin üzvü yeni komandasında 50 nömrəli forma ilə  çıxış edəcək.

Qeyd edək ki, Kilan Lebon 2023-cü ilin yanvarr ayından 2025-ci ilin fevralınadək "Neftçi"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest