26 İyun 2025, 01:02
FUTBOL
"Barselona"nın prezidenti Joan Laporta Kataloniya klubunun cinah oyunçusu Ansu Fatinin yaxın vaxtlarda "Monako"ya keçəcəyini təsdiqləyib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, klubdan ayrılmazdan əvvəl Fati "Barselona" ilə müqaviləsini uzadıb. İcarə müqaviləsində isə satın alma maddəsinin də daxil olacağı qeyd edilir.
Qeyd edək ki, 22 yaşlı futbolçu "Barselona"nın yetirməsidir. 22 yaşlı vinger 2023/2024 mövsümünü icarə əsasında "Brayton"da keçirib. Ötən mövsüm Fati "Barselona"nın heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, lakin fərqlənə bilməyib.