"Nyukasl"ın isveçli hücumçusu Aleksander İsak komandada qalsa, klubun tarixinin ən çox qazanan futbolçusu ola bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Times" paylaşıb.

Bildirilir ki, "Nyukasl" forvardın komandada qalması üçün ona həftəlik 150 min funt-sterlinq maaş təklif etməyə hazırdır. İsaka "Liverpul", "Barselona" və "Arsenal" maraq göstərir. Əgər 25 yaşlı isveçli futbolçu klubda qalıb maaş artımını qəbul etsə, o, "Nyukasl" tarixinin ən çox qazanan futbolçusu olacaq.

Qeyd edək ki, İsak 2022-ci ilin avqustundan "Nyukasl"da çıxış edir. Ötən mövsüm forvard bütün turnirlərdə 42 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest