Türkiyə Superliqasında növbəti baş məşqçi istefası gerçəkləşib. "Antalyaspor" Emre Belözoğlu ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Emre Belözoğlu bu ilin yanvar ayında "Antalyaspor"un baş məşqçisi postuna təyin olunmuşdu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest