"Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Tovuz təmsilçisi ispaniyalı mərkəz yarımmüdafiəçi Roberto Olabe ilə anlaşıb.
29 yaşlı futbolçu ilə 2 illik müqvilə imzalanıb.
Olabe karyerası ərzində "Deportivo", "Atletiko", "İbiza", "Eybar" kimi klubların formasını geyinib.
Olabe bir çox titullara sahib futbolçudu. O, Madrid "Atletiko"sunun heyətində 2018-ci UEFA Avropa Liqasının medallarında sahib olub.
Madrid təmsilçisi yarımfinalda "Arsenal"ı Avropa Liqasından kənarlaşdıraraq, finalında Fransanın "Marsel" klubuna 3 cavabsız qolla qalib gəlib. 29 yaşlı ispaniyalı yarımmüdafiəçi Madrid təmsilçisi ilə 2018-ci ildə UEFA Superkubokuna da sahib olub. Həlledici görüşdə Madrid derbisi baş tutub. "Atletiko" "Real" üzərində 4:2 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, Olabe Tovuz klubunun mövsümlərarası fasilədə ikinci transferidir. "Turan Tovuz" bundan əvvəl Kabo-Verde millisinin üzvü olan David Oliveyra Tavareş ilə müqavilə imzalayıb.












