"Beşiktaş" "Vitoriya"nın yarımmüdafiəçisi Tomas Handeli transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.

"Qara qartallar" portuqaliyalı futbolçu üçün onun klubu ilə danışıqlara başlayıb. "Beşiktaş" 24 yaşlı dayaq yarımmüdafiəçisini satınalma bəndi ilə icarəyə götürməyə çalışır. Klublar arasında müzakirələr davam edir.

Qeyd edək ki, Tomas Handel "Vitoriya"nın yetirməsidir. Portuqaliya U-21 millisinin sabiq üzvü ötən mövsüm Gimaraeş təmsilçisinin heyətində keçirdiyi 48 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest