25 İyun 2025, 13:35
FUTBOL
"Lill"lə müqaviləsi başa çatan Conatan Devid karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Yuventus"un azad agent statusunda olan kanadalı hücumçu ilə razılıq əldə etdiyi bildirilir. 25 yaşlı forvard "ağ-qaralar"ın illik 6 milyon avroluq maaş təklifini qəbul edib.
Qeyd edək ki, Conatan Devid ötən mövsüm "Lill"in heyətində keçirdiyi 49 oyunda 25 qol vurub, 12 qol ötürməsi edib.