25 İyun 2025, 12:55
FUTBOL
"Əl-Nəsr" baş məşqçi Stefano Pioli ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi italyan mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Stefano Pioli ötən ilin sentyabr ayında "Əl-Nəsr"in baş məşqçisi təyin olunmuşdu.