25 İyun 2025, 11:29
FUTBOL
"Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Əl-Hilal" mərakeşli futbolçunu transfer etmək istəyir. Ərəblər 28 yaşlı forvard üçün Türkiyə klubuna 40 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini ötən ilin yayında "Sevilya"dan transfer edib. Mərakeş millisinin üzvü İstanbul təmsilçisinin heyətində keçirdiyi 52 oyunda 30 qol vurub, 7 qol ötürməsi edib.