FİFA klublarası dünya çempionatına davam edir.
Matc.az xəbər verir ki, A və C qrupunda III turun oyunları keçirilib.
"Benfika" "Bavariya"ya qalib gəlib. "İnter Mayami" – "Palmeyras", "Porto" – "Əl-Əhli" və "Okland Siti" – "Boka Xuniors" qarşılaşmalarında heç-heçə qeydə alınıb.
Qeyd edək ki, ABŞ-da keçirilən çempionata iyulun 13-də yekun vurulacaq.
KDÇ-2025
24 iyun
A qrupu
"Porto" (Portuqaliya) – "Əl-Əhli" (Misir) - 4:4
Qollar: Mora, 23, Qomes, 50, Sanusi, 53, Pepe, 89 // Əbu Əli, 15, 45+2 (pen), 51, Romdhane, 64
"İnter Mayami" (ABŞ) – "Palmeyras" (Braziliya) - 2:2
Qollar: Allende, 16, Suarez, 65 // Paulinyo, 80, Maurisiyo, 88
C qrupu
"Benfika" (Portuqaliya) – "Bavariya" (Almaniya) - 1:0
Qol: Şelderup, 13
"Okland Siti" (Yeni Zelandiya) – "Boka Xuniors" (Argentina) 1:1
Qollar: Qray, 52 // Qarrov, 26 (aq)