25 İyun 2025, 01:30
FUTBOL
"Lion" Milli nəzarət və idarəetmə direktorluğunun (DNCG) qərarı ilə maliyyə hesabatlarının pozulmasına görə Liqa 2-yə göndərilib.
Matc.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, klubun maliyyə vəziyyətini təhlil etmək üçün DNCG iclası keçirilib. Prosesdə "Lion"un sahibi Con Tekstor da iştirak edib. Amerikalı iş adamının arqumentləri klubu aşağı liqaya salmaq qərarını dəyişməyib. Klubun bu qərardan apellyasiya şikayəti vermək hüququ olduğu qeyd edilir.
Qeyd edək ki, "Lion" ötən mövsüm Liqa 1-də altıncı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.