24 İyun 2025, 19:45
FUTBOL
"İnter" "Roma"dan yarımmüdafiəçi Nikola Zalevskini almaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, transferin məbləği 6,3 milyon avro olub və futbolçunun ilə 4 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Polşa millisinin futbolçusu ötən mövsümü "İnter"də icarə əsasında keçirib. O, milanlıların heyətində A Seriyasında 11 matçda iştirak edib və cəmi 1 qol vurub.