24 İyun 2025, 18:21
FUTBOL
"Estudiantes" klubu "Qalatasaray"dan ayrılan qapıçı Fernando Musleranı transfer etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı qolkiper 2025/2026 mövsümündə "Estudiantes"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Muslera 2011-ci ildən 2025-ci ilə qədər "Qalatasaray"da çıxış edib. O, 14 mövsüm ərzində ümumilikdə 550 matçda forma geyinib. Muslera "sarı-qırmızılar"la 8 dəfə Superliqanın, 5 dəfə Türkiyə Kubokunun, 6 dəfə Superkubokun qalibi olub.