"Barselona"nın hücumçusu Ansu Fati maliyyə səbəblərinə görə ispan klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzadacaq, daha sonra "Monako"ya almaq maddəsi ilə icarəyə gedəcək.

Matc.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.

Müqavilə 11 milyon avroya başa gələ bilər. Eyni zamanda, Kataloniya klubu 22 yaşlı oyunçunu geri almaq maddəsini də şərtlərə əlavə etmək istəyir. Fati iyunun 28-də Fransa klubunda tibbi müayinədən keçməlidir.

Qeyd edək ki, ötən mövsüm gənc hücumçu İspaniya çempionatının 6 oyununda meydana çıxıb, lakin fərqlənə bilməyib. Daha əvvəl 2023/2024 mövsümündə futbolçu "Brayton"da icarə əsasında çıxış etsə də, İngiltərə komandasında yerini möhkəmləndirə bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest