24 İyun 2025, 16:42
FUTBOL
"Leypziq"in yeni baş məşqçisi məlum olub.
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi Ole Vernerlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ole Vernerin baş məşqçi kimi son iş yeri "Verder" olub.