24 İyun 2025, 16:36
FUTBOL
Bu gün qadınların Çempionlar Liqasında ilk mərhələnin püşkatma mərasimi təşkil olunub.
Matc.az xəbər verir ki, püşkün nəticəsinə görə, ardıcıl ikinci dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Neftçi” bu mərhələdə Türkiyənin “ABB Fomget” klubu ilə qarşılaşacaq.“ABB Fomget”lə oyun iyulun 30-da keçiriləcək.
Cütün qalibi avqustun 3-də İsrailin “Kiryat Gat” klubu ilə üz-üzə gələcək.