24 İyun 2025, 15:14
FUTBOL
"Barselona" "Kopenhagen"in futbolçusu Runi Bardqjini heyətinə qatmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Barselona" isveçli vinger üçün onun klubuna 2 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Kopenhagen" Runi Bardqjini 2020-ci ildə "Malmö"nün akademiyasından transfer edib. İsveç U-21 millisinin üzvü olan oyunçu ötən mövsüm Danimarka təmsilçisinin heyətində 6 oyunda iştirak edib.