"İnter" "Roma"dan icarəyə götürdüyü Nikola Zalevskini birdəfəlik transfer edib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

"İnter" Zalevskinin transfer hüquqlarına yiyələnmək üçün "Roma"ya 6 milyon avro təzminat ödəyib. Polşalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "İnter" Nikola Zalevskini bu ilin fevral ayında icarəyə götürmüşdü. Polşa millisinin üzvü olan 23 yaşlı futbolçu Milan təmsilçisinin heyətində keçirdiyi 15 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest