"Mançester Yunayted"in futbolçusu Ceydon Sanço Türkiyədə çıxış etməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

Sanço "Fənərbaxça"nın illik 10 milyon avroluq maaş təklifini qəbul edib. "Mançester Yunayted"də razılıq əldə olunsa, ingiltərəli vinger İstanbul klubuna keçəcək.

Qeyd edək ki, Ceydon Sanço ötən mövsüm icarə əsasında "Çelsi"də çıxış edib. 25 yaşlı futbolçu London təmsilçisinin heyətində keçirdiyi 41 oyunda 5 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest