24 İyun 2025, 10:25
FUTBOL
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" heyətinə yeni müdafiəçi cəlb edib.
Matc.az xəbər verir ki, Saloniki təmsilçisi "Eştoril"lə müqaviləsi başa çatan Pedro Alvaronu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk matçı iyulun 24-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Yunanıstanda baş tutacaq.