23 İyun 2025, 20:31
FUTBOL
İngiltərənin "Kristal Pelas" klubu heyətinə yeni qapıçı cəlb edib.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi PSV ilə müqaviləsi başa çatan Valter Beniteslə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məllumat yayıb.
Argentinalı qolkiperlə 3 illik müqavilə imzalanıb. 32 yaşlı "əlcək sahibi" 1 iyul tarixində London klubuna qoşulacaq.
Qeyd edək ki, Valter Benites 2022-ci ilin iyul ayından PSV-də çıxış edirdi.