23 İyun 2025, 19:43
FUTBOL
"Real"ın futbolçusu Cud Bellingem klublararası dünya çempionatı başa çatdıqdan sonra əməliyyat olunacaq.
Matc.az xəbər verir ki, bu barədə ingiltərəli yarımmüdafiəçi özü açıqlama verib.
Bellingem çiynində olan ağrılara görə əməliyyat olunmalıdır. 21 yaşlı futbolçu təxminən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Cud Bellingem 2023-cü ilin yayından "Real"da çıxış edir.