23 İyun 2025, 16:54
FUTBOL
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Səudiyyə Ərəbistanından aldığı təklifi qəbul etməyib.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Əl-Nəsr" türk mütəxəssisi baş məşqçi postuna gətirmək istəyib. Lakin Buruk "Qalatasaray"dan ayrılmaq istəmədiyi üçün təklifi rədd edib.
Qeyd edək ki, Okan Buruk 2022-ci ildə "Qalatasaray"ın baş məşqçisi təyin olunub. "Sarı-qırmızılar" onun rəhbərliyi altında ardıcıl 3 mövsüm Türkiyə çempionu olub.