21 İyun 2025, 17:21
FUTBOL
"Real" iyulda 33 yaşlı qapıçı Tibo Kurtua ilə müqaviləni uzatmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Madrid klubu artıq belçikalı üçün yekun təklif hazırlayıb. Kurtuanın özü də "Real"da istəyir. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Kurtua 2018-ci ilin yayından "Real"da oynayır.