21 İyun 2025, 16:12
FUTBOL
"Bavariya" "Barselona"nın xeyrinə Münhen klubuna keçməkdən imtina edən "Atletik"in futbolçusu Niko Uilyamsın yerinə alternativ futbolçuları müəyyənləşdirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Kicker" paylaşıb.
"Bavariya" Dortmund "Borussiya"sının cinah oyunçusu Ceymi Bayno-Gittens və "Milan"ın vingeri Rafael Leaonu nəzərdən keçirir. Bayno-Gittensin transferi Almaniya nəhənginə 60 milyon avroya başa gələ bilər.
"Bavariya"nın "Brayton"dan Kaoru Mitoma və "Liverpul"dan Kodi Qakponun namizədliyini də nəzərdən keçirdiyi vurğulanır.
Bundan əlavə, mümkün variant kimi PSJ-nin hücumçusu Bredli Barkolanın adı çəkilsə də, belə bir keçid ehtimalı son dərəcə aşağıdır.