MLS təmsilçisi klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Portuqaliyanın "Portu" klubuna qalib gəlib.

"İnter Mayami" rəsmi oyunda Avropa klubunu məğlub edən ilk MLS komandası olub.

Matc.az xəbər verir ki, MLS klubu ABŞ-da keçirilən klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Portuqaliyanın "Portu" klubuna qalib gəlib.

Qarşılaşma 2:1 hesabı ilə başa çatıb. "İnter Mayami"nin qələbə qolunu Lionel Messi birbaşa cərimə zərbəsi ilə vurub.

Qeyd edək ki, qrup mərhələsinin iki oyunundan sonra 4 xalı olan "İnter Mayami" A qrupunda ikinci yerdədir. "Porto" bir xalla üçüncü yerdədir. Növbəti matçda "İnter Mayami" "Palmeyras", "Portu" isə "Əl-Əhli" ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest