21 İyun 2025, 01:14
FUTBOL
Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba transferi ilə bağlı iki həftədir ki, "Monako" ilə danışıqlar aparır. Lakin futbolçu hələ klubla müqavilə imzalamayıb.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Bildirilir ki, Poqba Səudiyyə Ərəbistanından təkliflər gözləyir, ona görə də Fransa klubu ilə işi rəsmiləşdirməyə tələsmir.
"Monako"dan başqa, "Marsel" də Poqba ilə maraqlanır. Futbolçunun özü hələ gələcəyi ilə bağlı yekun qərar verməyib.
Xatırladaq ki, Poqbanın dopinqə görə 4 illik diskvalifikasiyası 18 aya endirilib. Fransa millisinin sabiq futbolçusu cəzasını mart ayında başa vurub.