"Monako" "Mançester Yunayted"in qapıçısı Andre Onana ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat verib.
Bildirilir ki, Fransa klubu kamerunlu futbolçu ilə bağlı artıq "qırmızı şeytanlar"la əlaqə saxlayıb.
Onana satılsa, Mançester təmsilçisi "Atalanta"nın 24 yaşlı qapıçısı Marko Karnesekkini ala bilər. "Mançester Yunayted" italyan oyunçunun agenti ilə danışsa da, hələlik klubun özü ilə əlaqə saxlamayıb. "Atalanta"nın Karnesekkini buraxmaq istəmədiyi və yalnız tutarlı təklif olduğu halda bunu edəcəyi vurğulanır.
Qeyd edək ki, ötən mövsüm Karnesekki bütün yarışlarda 44 matçda iştirak edib, 18-də qapını təmiz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında qolkiperin dəyəri 25 milyon avrodur.