"Mançester Yunayted" 27 yaşlı hücumçu Markus Reşfordu transfer etmək təklifi ilə "Real"a müraciət edib.

Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar" ingilis futbolçunun potensial satışından 40 milyon avro əldə etmək niyyətindədir. Madrid klubunun həqiqətən də yeni hücumçu axtarmasına baxmayaraq, Reşford onların profilinə uyğun gəlmir, çünki "Real" Xoseluya bənzər bir forvard transfer etmək istəyir.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimin 27 yaşlı futbolçunun xidmətindən yararlanmaq istəmədiyi üçün satışa çıxarıldığı vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest