"Sabah" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniya təmsilçisi "Çelye" futbolçusu ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çelye şəhərinin eyniadlı komandası 25 yaşlı vingeri Alyoşa Matko ilə vidalaşıb. O, Macarıstanın "Uypeşt" kollektivi ilə anlaşıb.

Qeyd edək ki, 2022-ci ildən "Çelye"də çıxış edən Alyoşa Matko bu müddət ərzində 122 oyunda 51 qol vurub.

"Sabah" "Çelye"yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest