"Real"ın fransalı hücumçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı İspaniya klubunun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, futbolçuya kəskin qastroenterit diaqnozu qoyulub. Bu səbəblə, Mbappe qarşıdakı matçlarda "Real"a kömək edə bilməyəcək.

Qeyd edək ki, "Real" hazırda ABŞ-da keçirilən klublararası dünya çempionatında iştirak edir. Mbappe soyuqdəymə səbəbindən "Əl-Hilal"la keçirilmiş ilk oyunda da iştirak etməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest