19 İyun 2025, 16:14
FUTBOL
"Benfika"nın müdafiəçisi David Yurasek karyerasını Türkiyədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Fənərbaxça" çexiyalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi 24 yaşlı sol cinah müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Hoffenhaym"da çıxış edib. Çexiya millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 22 oyunda 3 qol ötürməsi edib.