"Roma"nın hücumçusu Eldor Şomurodov Türkiyə Super Liqasında çıxış edə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Başakşehir" özbəkistanlı hücumçunu transfer etmək istəyir. İstanbul klubu 29 yaşlı forvard üçün "Roma"ya rəsmi təklif göndərib. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

Qeyd edək ki, "Roma" Eldor Şomurodovu 2021-ci ilin yayında "Cenoa"dan transfer edib. Özbəkistan millisinin üzvü ötən mövsüm paytaxt təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 7 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest