Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama görüşünə çıxacaq.

Matc.az xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda təşkil olunacaq oyun saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri iyunun 21-də eyni məkanda ikinci yoxlama görüşündə üz-üzə gələcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest