19 İyun 2025, 14:26
FUTBOL
"Atletik"in futbolçusu Niko Uilyams "Barselona"ya keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Klub İspaniya millisinin üzvü ilə 6 illik müqavilənin şərtlərini razılaşdırıb. "Barselona" Nikoya illik 7-8 milyon avro maaş təklif edib. Hazırda "Atletik"lə danışıqlara davam edir.
Qeyd edək ki, Niko Uilyams "Atletik"in yetirməsidir. 22 yaşlı vinger ötən mövsüm Bilbao təmsilçisinin heyətində keçirdiyi 45 oyundaa 11 qol vurub, 7 qol ötürməsi edib.