19 İyun 2025, 12:59
FUTBOL
Polşanın "Radomyak" klubu ilə müqaviləsi başa çatan Renat Dadaşova 2 təklif var.
Matc.az xəbər verir ki, bu barədə "Sport1.pl" saytı məlumat yayıb.
Azərbaycasn millisinin hücumçusu Polşada qala bilər. "Motor" azad agent statusunda olan 26 yaşlı forvardı heyətinə qatmaq istəyir. Xorvatiyanın "Hayduk" klubu da azərbaycanlı futbolçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Renat Dadaşov ötən mövsümün ikinci yarısında "Radomyak"a qoşulub. O, Radom təmsilçisinin heyətində keçirdiyi 12 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.