"Arsenal"la müqaviləsi başa çatan Tomas Parti London klubunda qalmayacaq.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Premyer Liqa nəhəngi qanalı yarımmüdafiəçiyə yeni müqavilə təklif etməyib.

İki klub Partini heyətinə qatmaq üçün mübarizə aparır. Bunlar "Milan" və "Fənərbaxça"dır. 32 yaşlı futbolçu təklifləri götür-qoy etdikdən sonra qərarını verəcək.

Qeyd edək ki, Tomas Parti ötən mövsüm "Arsenal"ın heyətində keçirdiyi 52 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest