19 İyun 2025, 11:56
FUTBOL
İyun ayının sonunda "Real"la müqaviləsi başa çatan Lukas Vaskes Türkiyədə çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Fənərbaxça" ispan futbolçunu heyətinə qatmaq istəyir. İstanbul klubu gələn ay azad agent statusunda olacaq 33 yaşlı sağ cinah müdafiəçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Lukas Vaskes başa çatan mövsümdə "Real"ın heyətində keçirdiyi 52 oyunda 2 qol vurub, 8 qol ötürməsi edib.