"Liverpul"un qapıçısı Vitezslav Yaroş "Ayaks"a keçib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Nidrland klubunun rəsmi saytı paylaşıb.

23 yaşlı çexiyalı qolkiper 2026-cı il iyunun 30-na kimi icarəyə verilib.

Qeyd edək ki, Yaroş "Liverpul"a 2017-ci ilin yayında Praqanın "Slaviya" klubundan keçib. Daha sonra "Sent-Patriks", "Notts Kaunti", "Stokport" və "Şturm" klublarına icarəyə göndərilib. O, ümumilikdə "Liverpul"un əsas komandasında 2 oyun keçirib və 2 qol buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest