Braziliyalı hücumçu Neymar karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumtı "Fanatik" paylaşıb.

Bildirilir ki, 33 yaşlı futbolçu ilə "Fənərbaxça" maraqlanır. Neymarın artıq İstanbul klubundan təklif aldığı və müqavilə imzalamaq təşəbbüsünün komandanın portuqaliyalı baş məşqçisi Joze Mourinyodan gəldiyi iddia edilir.

Xatırladaq ki, hazırda Braziliya millisinin ən yaxşı bombardiri qısamüddətli müqavilə ilə "Santos"a məxsus olsa da, iyulun 1-də o, azad agentə çevriləcək.

Neymar ötən mövsümə "Əl-Hilal"da başlayıb, lakin qışda "Santos"un futbolçusu olub. O, Braziliya klubunda 14 matçda 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest