"Qalatasaray"ın futbolçusu Berkan Kutlu Super Liqada klubunu dəyişməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Super Liqaya yüksələn "Kocaelispor" türk yarımmüdafiəçini heyətinə qatmağa çalışır."Yaşıl-qaralar"ın baş məşqçisi Selçuk İnan Berkanı komandasında görmək istəyir. "Qalatasaray"ın 27 yaşlı oyunçunun ayrılığına icazə verəcəyi bildirilir.

Qeyd edək ki, Berkan Kutlu ötən mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 42 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest