17 İyun 2025, 16:12
FUTBOL
"Nitsa" "Fənərbaxça"nın Evan Qessannd üçün göndərdiyi təklifi qəbul etməyib.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Fransa klubu "Fənərbaxça"nın Fil Dişi Sahili millisinin üzvü üçün təklif etdiyi 25+5 milyon avroluq təklifi ilə qane olmayıb. "Nitsa" İngiltərə klublarının da transfer siyahısında yer alan 23 yaşlı hücumçunun satışından daha çox gəlir əldə etmək istəyir.
Qeyd edək ki, Evan Qessand ötən mövsüm "Nitsa"nın heyətində keçirdiyi 42 oyunda 13 qol vurub, 10 qol ötürməsi edib.