"Bayer"in futbolçusu Qranit Caka karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu insayder Fabritsio Romano məlumat yayıb.

İsveçrəli futbolçunu "Milan" transfer edtmək istəyir. Caka A Seriyası klubunun 2 illik müqavilə təklifini qəbul edib. Klublar arasında anlaşma əldə olunsa, transfer qısa zaman ərzində rəsmiləşəcək.

Qeyd edək ki, "Bayer" Qranit Cakanı 2023-cü ilin yayında "Arsenal"dan transfer edib. 32 yaşlı futbolçu ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində keçirdiyi 49 oyunda 2 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest