16 İyun 2025, 18:40
FUTBOL
"Sent-Etyen"in futbolçusu Zuriko Davitaşvili karyerasını Türkiyədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
"Qalatasaray" və "Beşiktaş" gürcü vingeri transfer etmək istəyir. Hər iki klub Davitaşviliyə "Sent-Etyen"də aldığı maaşdan daha çoxunu təklif edib. 24 yaşlı oyunçu Türkiyədə oynamağa isti yanaşır.
Qeyd edək ki, "Sent-Etyen" Zuriko Davitaşvilini 2024-cü ilin yayında "Bordo"dan transfer edib. Gürcüstan millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 9 qol vurub, 8 qol ötürməsi edib.