16 İyun 2025, 17:30
FUTBOL
"Əl-Şəbab"la müqaviləsi başa çatan Fatih Terim klubdan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Türkiyəli mütəxəssis Səudiyyə Ərəbistanı klubu ilə yeni müqavilə imzalamayacaq. "Əl-Şəbab"ın baş məşqçisi postuna "Real Sosyedad"ı çalışdıran İmanol Alquasilin təyin olunacağı gözlənilir.
Qeyd edək ki, Fatih Terim ötən ilin dekabr ayında "Əl-Şəbab"ın baş məşqçisi təyin olunmuşdu. Komanda Səudiyyə Ərəbistanı PRO Liqasında mövsümü 4-cü pillədə başa vurub.