"Real" Brahim Diası uzun müddət komandada saxlamaq istəyir.

Matc.az xəbər verir ki, "kral klubu" mərakeşli vingerin müqaviləsinin müddətini uzadacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq Diasla razılıq əldə olunub. La Liqa nəhəngi qarşıdakı günlərdə 25 yaşlı futbolçu ilə 2030-cu ilədək nəzərdə tutulan sözləşmə imzalayacaq.

Qeyd edək ki, "Real" Brahim Diası 2019-cu ilin yanvar ayında "Mançester Siti"dən transfer edib. Mərakeş millisinin üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində keçirdiyi 52 oyunda 6 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest