16 İyun 2025, 15:56
FUTBOL
"Komo" "Dinamo"nun yarımmüdafiəçisi Martin Baturinanı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
"Komo" xorvatiyalı futbolçu üçün Zaqreb klubuna bonuslarla birlikdə 22 milyon avro təzminat ödəyəcək. 22 yaşlı hücumameyilli yarımmüdafiəçi A Seriyası təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü olan Martin Baturina ötən mövsüm "Dinamo"nun heyətində keçirdiyi 45 oyunda 6 qol vurub, 12 qol ötürməsi edib.